“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, Albaniya “Partizani”si ilə qarşılaşmanın gedişində stadionda peyda olan mütəxəssis ilk yarını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə yanaşı izləyib.
“İnter”in Almaniya təmsilçisi “Holsteyn Kil”lə görüşünü erkən tərk edərək özünü “Neftçi”nin matçına yetirən qurum başçısı ilə söhbətləşdikdən sonra Foqts yerini dəyişib. Almaniyalı ikinci hissə başlayar-başlamaz tribunaların aşağı hissəsində əyləşən Böyükağa Hacıyevə yaxınlaşıb.
Mehribanca görüşən, şirin söhbət edən mütəxəssislər media nümayəndələrinin də diqqətindən yayınmayıb. Mətbuatda bir-birinə düşmən kəsilən məşqçilər bu dəfə tam fərqli münasibətdə olublar. Onların birgə əyləşməsini çəkən jurnalistləri görüncə Hacıyev növbəti replikasından çəkinməyib: “Böyükağa Hacıyevlə Berti Foqts qardaşdır”.
Qeyd edək ki, Foqts matç bitməmiş Hacıyevin yanından ayrılaraq, stadionu tərk edib.
Son xəbərlər
Son Xəbərlər