“Bərzani kürdlərin gələcəyini riskə atdı” - Mövlut Çavuşoğlu

berzani-kurdlerin-geleceyini-riske-atdi
Oxunma sayı: 1486

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu İraq Kürd Regional Hökumətinin keçirdiyi referenduma münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbəri "24 TV"-də gündəmə uyğun sualları cavablandırıb.

Nazir İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumla bağlı bunları söyləyib:

“Biz sadəcək “etməyin-eləməyin” deyib durmadıq. Niyə etməmələrinin lazım olduğunu və referendumu təxirə salarlarsa onlara necə kömək edə biləcəyimizi də söylədik. Referendum keçirəcəkləri təqdirdə nə ilə üzləşəcəklərini də dəqiq şəkildə izah etdik”,-deyə Çavuşoğlu bildirib.

Türkiyə və İraqın keçirdiyi birgə hərbi təlimlər barəsində də danışan Çavuşoğlu, Türkiyənin İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

O, “İraqın ərazi bütövlüyünü dəstəkləyirik demək, sadəcə quru söz deyildir. Bağdad bu mövzuda bizə müraciət edərsə, İraqın ərazi bütövlüyünü qoruması üçün dəstək verəcəyik deməkdir”,- deyə vurğulayıb.

Nazir əlavə edib ki, İraqdakı türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək.

“Şəxsi hərisliklə və kreslo qorumaq eşqilə Bərzani Kürdlərin gələcəyini də riskə atmışdır”, -deyən Mövlut Çavuşoğlu ABŞ-ın da referenduma qarşı mövqeyinin qəti olduğunu xatırladıb.