“Bəs bu nədir, “filankəs yataqda yaxalandı””...

bes-bu-nedir-filankes-yataqda-yaxalandi
Oxunma sayı: 635

“Qafqazinfo”ya açıqlamasında Mirəliyev bildirib ki, indiki teleaparıcılar efirdə qeyri-etik sözlər işlədirlər və Azərbaycan dilində düzgün danışa bilmirlər: “İndi televizyanı açanda adam bu aparıcıların səsini eşidir, əti tökülür. Ağızlarına nə gəldi danışırlar. Bizim nə gözəl, abırlı- həyalı danışan aparıcılarımız olub - Sabir Əsgərov, Roza Tağıyeva, Ofelya Sənani və sair kimi insanlar. Bu təzə çıxan aparıcılar kimdən tərbiyə alıblar, bilimirəm. Bir çox sözləri rus dilində deyirlər, eybi yox. Bəs bu nədir, sözə baxın “filankəs yataqda yaxalandı”... Sözü uzadırlar, adamın bütün əsəblərini pozurlar. Bu nə danışıqdır bunlar danışır. Ağızlarına nə gəldi deyirlər. Aparıcıların bəziləri bu sözləri dediyimə görə, məni günahkar çıxartmasınlar. Bir efiri açıb özlərinə və nə danışdıqlarına baxsınlar. Görsünlər günahkar kimdir- Mən, ya onlar?”.

Aynur B.