Beş evdən 13 min manata yaxın pul və qızıl oğurlayanlar saxlanıldı - Fotolar

bes-evden-13-min-manata-yaxin-pul-ve-qizil-ogurlayanlar-saxlanildi
Oxunma sayı: 3012

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə martın 17-də Binə qəsəbəsində yaşayan Ə.Dünyamalıyevin evinə pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Lerik rayon sakini Ceyhun Nəzərov və əvvəllər məhkum olunmuş Masallı rayon Rahib Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların ətraflarında aparılmış tədbirlərlə hər iki şəxsin daha 4 evdən ümumilikdə 6600 manat pul, 6200 manat dəyərində qızıl-zinət əşyaları, 4 ədəd mobil telefon və sənəd oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.