Beş güləşçimiz AÇ-də mübarizəyə başlayır

bes-gulescimiz-ac-de-mubarizeye-baslayir
Oxunma sayı: 1010

Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın da 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (97 kq) döşək üzərinə çıxacaqlar.