Beş il polis himayəsində yaşayacaq

bes-il-polis-himayesinde-yasayacaq
Oxunma sayı: 5674

“Forbes” jurnalında dünyanın ən çox qazanan modelləri siyahısına başçılıq edən amerikalı model və televiziya ulduzu Kendall Cenner ölümlə hədələnir.

“Qafqazinfo” xəbər verir ki, K. Cenner Malik Bouker adlı şəxsin əvvəl onu, sonra özünü öldürməyi planlaşdırdığını iddia edərək məhkəməyə müraciət edib.

Araşdırmalardan sonra model polisin himayəsinə götürülüb. Məhkəmə isə Boukerin 5 il ərzində 25 yaşlı modelin evindən, iş yerindən və nəqliyyat vasitəsindən ən az 30 metr məsafə uzaqda olması barədə qərar verib. 

Hazırda xəstəxanada psixiatrik yönümlü müalicə alan Malikin Kendalla onlayn əlaqə qurması da qadağan edilib.