Bu gün beş ildir ki, dünyada maraqla izlənən və gözlənilən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2011-ci il 5 avqustda Yupiterin sirlərini öyrənmək üçün göndərilən NASA-ya aid kosmos vasitəsi bu gün planetin orbitinə daxil olub. Bu irəliləyiş, həyəcanla gözlənilən tarixi hadisə dünyadan 869 milyon km uzaqlıqda baş verib.
Məlumata görə, Juno kosmos vasitəsi Günəş Sistemi və Kainat mövzusunda müəyyən suallara cavab axtaracaq. Sözügedən vasitə Yupiterin Eliptik orbitində fırlanacaq, planetin manyetosfer, atmosfer və daxili quruluşuna aid məlumatları toplayacaq. Bununla kifayətlənməyən kosmik cihaz eyni zamanda, meteoroloji faktorlar səbəbindən dəyişən ammonyak və su müvazinətinin yerini müəyyənləşdirməyə çalışacaq.
Dəyəri 1,1 milyard dollar olan basketbol meydançası böyüklüyündəki Juno öz missiyasını 2018-ci ildə başa vuracaq.
“Google” axtarış sistemi də bu günü qeyd edib və Juno kosmik vasitəni doodle edib.

Son xəbərlər
Son Xəbərlər