Amerikalı müğənni Teylor Svift beşillik sevgilisi olan britaniyalı aktyor Co Elvinlə nişanlanıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onların münasibətdə olmaları barədə şayiələr hələ yanvarın ortalarında, cütlüyün Kornoula üçgünlük romantik səfəri zamanı yayılmışdı.
Cütlük nişanlanmaları barədə xəbəri hələlik təsdiqləməyib.
Qeyd edək ki, Co Elvinə qədər Teylor Sviftin bir neçə bəylə eşq münasibəti olub. Onların arasında Tom Hiddlston, Kelvin Harris, Harri Stayls, Co Conas, Teylor Lotren, Con Mayer və Ceyk Cillenhol kimi tanınmış simalar var.



Son xəbərlər
Son Xəbərlər