“Qafqazinfo” xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarovun və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan güləşçilərimiz komanda hesabında dördüncü olublar.
Zemfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Sona Tumarxanova (49 kq) yalnız final görüşünü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə Səbinə Həmzəlzadə (49 kq) və Tatyana Varantsova (56 kq) qazanıblar. Gülcahan Hacıyeva (46 kq) isə bürünc medal uğrunda həlledici görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.
Son xəbərlər
Son Xəbərlər