Beş milyon azarkeş onları seçdi - Siyahı

Beş milyon azarkeş onları seçdi
Oxunma sayı: 1697

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə qaliblər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, finalçılar beş milyon azarkeşin iştirak etdiyi səsvermədən sonra seçilib.

Qaliblərin müəyyən edilməsi üçün səsvermə rəsmi olaraq dekabrın 20-də başa çatıb.

“Globe Soccer Awards” 2021 nəticələrini təqdim edirik:

Azarkeşlər arasında ilin ən yaxşı oyunçusu - Robert Levandovski

İlin kişi oyunçusu - Kilian Mbappe

Maradona mükafatı - Robert Levandovski

Bütün zamanların bombardiri - Kriştiano Ronaldo

İlin ən yaxşı milli komandası - İtaliya

İlin ən yaxşı agenti - Federiko Pastorello

İlin ən yaxşı idman direktoru - Txiki Begiristayn

İlin ən yaxşı kişi klubu - “Çelsi”

İlin ən yaxşı baş məşqçisi - Roberto Mançini

İlin ən yaxşı müdafiəçisi - Leonardo Bonuççi

İlin ən yaxşı qapıçısı - Canluici Donnarumma

İlin Qadın Klubu - “Barselona”

İlin qadın oyunçusu - Aleksia Putellas

İnnovasiya Mükafatı - Serie A

İlin ən yaxşı “eSports” oyunçusu - Msdossari

Afrikanın Ən Yaxşı Gənclər Akademiyası - ZED FC