Beş mindən çox ailəyə bayram sovqatı paylandı

bes-minden-cox-aileye-bayram-sovqati-paylandi
Oxunma sayı: 874


“Qafqazinfo” xəbər verir ki, bayramın rayonda təntənəli olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanıb.

Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə, ümumilikdə 5 mindən çox ailəyə zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunub.

Bununla bağlı “Elay” restoranında keçirilən tədbirdə Səbail rayon İcra Başçısının müavini Yavər Allahverdiyev bildirib ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri cəbhə bölgəsinə sovqat apararaq böyük konsert proqramı təşkil edib.

Novruz Bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində bayram  tədbirlərinin keçirilməsi nəzərdə tutulub.