Son günlər ölkənin bir neçə bölgəsində olduğu kimi Kürdəmirdə də qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, son 10 gündə rayonu cənginə alan qızılca xəstəliyi bir çox kəndlərə də yayılıb.
Vətəndaşlar bildirib ki, xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürəkdir.
Kənd sakini Səyyarə Mirzəliyeva deyib ki, 5 nəvəsi ilə yanaşı, yaxın qohumlarının uşaqları da qızılcaya yoluxub.
Həkim Elton Musayevin sözlərinə görə, artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub:
“Hazırda onlardan doqquzu stasionar müalicə alır, digərləri isə ambulator müalicə olunaraq evə buraxılıblar. Vəziyyəti ağırlaşanlar yoxdur”.
Ətraflı Baku TV-nin süjetində: