Beş ölkə Ermənistana savaş elan etdi - Lavaşa görə

bes-olke-ermenistana-savas-elan-etdi
Oxunma sayı: 4737

Ermənilərin lavaşı UNESCO-nun mədəni irs siyahısına “erməni çörəyi” kimi təqdim etməsi 5 ölkənin etirazına səbəb olub.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ermənilərin lavaşı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etməsindən sonra Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan birgə sənəd hazırlayaraq quruma təqdim ediblər. Lavaşla bağlı hazırlanan sənədlə bağlı qərara 28 noyabr -2 dekabrda Efiopiyada qeyri-maddi mədəni miras 11-ci hökumətlərarası Komitənin toplantısında baxılacaq.

Qeyd edilir ki, bu, Ermənistanın UNESCO-da lavaşla bağlı ilk iddiası deyil. Daha əvvəl bu ölkə “Ermənistan çörəyi lavaş” adı ilə quruma sənədlərini təqdim etsə də, komitə sənədin adına etiraz edərək onu “Ermənistanda lavaş” olaraq dəyişdirmişdi.