Beş otaqlı ev yandı

bes-otaqli-ev-yandi
Oxunma sayı: 1140

Bu gecə Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları, qamışdan ibarət tavan və dam örtüyü 170 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.