Beş otaqlı ev yandı

bes-otaqli-ev-yandi
Oxunma sayı: 1072

Abşeron rayonunda yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Xırdalan şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.