Beş səudiyyəli hərbçi Yəmənlə sərhəddə öldürülüb

bes-seudiyyeli-herbci-yemenle-serhedde-oldurulub
Oxunma sayı: 704

Səudiyyə Ərəbistanının biri zabit olmaqla 5 hərbçisi Yəmənlə sərhəddə öldürülüb.

“Qafqazinfo” SPA xəbər agentliyinə istinadən xəbər verir ki, hərbçilər krallığın cənubunda Husi qiyamçıları ilə döyüşdə həlak olublar. Ölən zabitin kapitan Əhməd bin Vabil əl-Vabil olduğu bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı uzun zamandan sonra ilk dəfədir itkilərini etiraf edir. Belə ki, bundan əvvəlki qarşıdurmalarda itkilərin sayını ancaq Husi qiyamçıları açıqlayırdı.

Aysel Kərimova