Bəs sizin burada şəkliniz var? - Fotosessiya

bes-sizin-burada-sekliniz-var
Oxunma sayı: 7455

Yeni turizm marşrutu kimi müəyyənləşdirilən Balaxanı qəsəbəsində abadlıq işlərindən sonra, “Bibiheybət” adlandırılan ərazidə də abadlıq-quruculuq işləri aparılır. 

Qəsəbədəki işlər əsasən qapı-pəncərələrin rənglənməsi, eyvanların bəzədilməsi, yollara qənbər döşənməsi ardıcıllığı ilə aparılır. 

Bundan başqa, binaların ümumi fasadları yenilənir, qəsəbəyə satış məqsədilə müəyyən köşklər də qoyulur. 

Nəzərə alsaq ki, Balaxanıdakı restavrasiya işlərindən sonra bloggerlər, eyni zamanda sadə vətəndaşlar qəsəbəyə axışaraq fotosessiya etmək üçün növbəyə dururdular, yaxın günlərdə eyni mənzərəni “Bibiheybət”də də görəcəyimizi deyə bilərik. 

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın sözügedən ərazidən çəkdiyi fotoları təqdim edirik: