Bəşər Əsəd and içdi

beser-esed-and-icdi-
Oxunma sayı: 1290


"Qafqazinfo" "Media forum" saytına istinadən xəbər verir ki, andiçmə mərasimi iyulun 16-da Suriya paytaxtı Dəməşqdə, parlamentin binasında keçirilib. 

Qeyd edək ki, Suriyada sonuncu prezident seçkisi bu il iyunun 3-də olub. Mərkəzi Seçki Komissiyası 88,7 faiz (10,2 milyon) səslə Bəşər Əsədi qalib elan edib. Bəşər Əsəd 2000-ci ildən prezidentdir. 1971-2000-ci illər arasında isə Suriya prezidenti postunu onun atası Hafiz Əsəd tutub.

Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. İndiyəcən 163 min nəfərədək insan qurban gedib. Onların 81 minə yaxını mülki şəxslərdir.