Bəşər Əsəd artileriya atəşlərini davam etdirir

beser-esed-artileriya-ateslerini-davam-etdirir
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Reuters” yayıb. Atəş nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir. Yaralıların sayı barədə məlumat verilmir.

Atəş şəhərin əsasən sünnilərin yaşadığı rayona açılıb.

Homs şəhərinə intensiv artileriya atəşləri fevralın əvvəllərindən başlayıb. Hökumət qoşunlarının həyata keçirdiyi artileriya atəşləri nəticəsində yüzlərlə dinc sakin həlak olub. Atəşin ən intensiv xarakter alıdğı ərazi Bab-Əmrədir.

Fevralın 24-dən Beynəlxalq Qırmızı Xaç Komitəsi Homsdan yaralılaın köçürülməsinə başlayıb. Humanitar fəlakət üzündən bu şəhərdə hüquq müdafiə və humanitar təşkilatların fəaliyyət göstərməsi çətnləşib.