Bəşər Əsəd Ərdoğanla bu şərtlə görüşə bilər

beser-esed-erdoganla-bu-sertle-goruse-biler
Oxunma sayı: 5595

Suriya Prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla hansı şərtlə görüşəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əsədin əsas tələbi Suriyanın şimalındakı əməliyyatlara son qoyulmasıdır.

"Bu cür danışıqların məhsuldar olması olduqca vacibdir. Dəməşqin gözlədiyi konkret hədəflərə çatması üçün  əvvəlcədən koordinasiya və planlaşma aparılmalıdır", - deyə Əsəd vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Suriya prezidentləri 11 ildən sonra ilk dəfə fevral ayında görüşəcəkləri bildirilir.