Bəşər Əsəd Ərəb Liqasını ittiham etdi

beser-esed-ereb-liqasini-ittiham-etdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu çıxış Bəşər Əsədin Ərəb Liqası planından sonra ilk çıxışdır.
Bəşər Əsəd çıxışında vəzifəsindən çəkilməyəcəyini deyib: “Məsuliyyətdən və vəzifəmdən vaz keçməyəcəm. Çünki xalqım hələ məni müdafiə edir. Xarici qüvvələr Suriyaın sabitliyini pozmaq istəyir. Bizi devirmək üçün bircə alternativ qalıb, o da xarici müdaxilə. Ancaq ölkəmizi qarışdırmaq istəyənlər müvəffəqiyyət qazana bilməyiblər”.
Bəşər Əsəd çıxışında “yaxında qələbəmizi qeyd edəcəyik”, deyib.
Suriya prezidenti Ərəb Liqası müşahidəçilərinin ölkəyə gəlməsinin öz təşəbbüsü olduğunu qeyd edib. Bəşər Əsəd Ərəb Liqasının Suriyaya qarşı cəbhə açmaqda ittiham edib. “Ərəb dövlətlərinin demokratiya ilə əlaqəsi yoxdr. Ərəb Birliyi Sudandakı qətliamın qarşısını kəsə bildimi? Yoxsa, İraqdakı terror qurbanlarını qoruya bildimi?”- deyə Əsəd bildirib.
Bəşər Əsəd Ərəb Liqasının iflas etdiyini deyib.
Ölkə başçısı qeyd edib ki, Suriyada davam edən böhran təkcə siyasi islahatla bağlı deyil.