Suriya prezidenti Bəşər Əsəd bu gün Tehranda İranın ali dini lideri Əli Xamenei ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya liderinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Xamenei Əsədi Suriya ordusunun qalib gəlməsi münasibəti ilə təbrik edib:
“Bu qələbələr qərb və Amerikanın regiondakı planlarına həlledici zərbə vurdu. Bu isə onların məğlubiyyətlərinə gələcəkdə verəcəkləri reaksiyaya qarşı böyük ehtiyatlılıq tələb edir”.
Tərəflər bəzi qərb ölkələrinin regionda, xüsusən də Suriya və İrana qarşı eskalasiya siyasətinə gələcəkdə də qarşı durmaq niyyətində olduqlarını vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər