Suriya Prezidentinin müşaviri Luna əş-Şibl Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yerləşdirildiyi xəstəxanada ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, qəza iyulun 2-də baş verib. Belə ki, əş-Şiblin olduğu avtomobil yoldan çıxaraq qəzaya düşüb. Müşavir ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
O, bu gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Şibl 2020-ci ildə Bəşər Əsədin müşaviri təyin edilib.
Son xəbərlər
Son Xəbərlər