Bəşər Əsədin xanımında yenidən xərçəng aşkarlandı

beser-esedin-xaniminda-yeniden-xerceng-askarlandi
Oxunma sayı: 2764

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddə kəskin leykoz xəstəliyi aşkar edilib.

“Qafqazinfo” “SANA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Bəşər Əsədin Ofisi yayıb. 

Məlumata görə, bir neçə simptom yarandıqdan sonra ölkənin birinci xanımı müayinədən keçib və onda qan xərçəngi aşkarlanıb. Hazırda o müalicə olunur. 

Qeyd edək ki, 2018-ci ilin avqustunda Əsma Əsəddə süd vəzi xərçəngi aşkar edilib. Bu zaman xəstəlik erkən mərhələdə olub və birinci xanım Dəməşqdə hərbi hospitalda müalicə alıb. 48 yaşlı Əsma Əsəd 2019-cu ilin yanvarında əməliyyat edilib və sağaldığı bildirilib.