“Əsgər, vətən əmanəti, yurd əmanəti...” - Video

esger-veten-emaneti-yurd-emaneti-video
Oxunma sayı: 1698



Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Hər kəsin bayramı mübarək olsun və andımızı unutmayaq...

Hərbi And

Mən Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm.

Təntənəli surətdə and içirəm!

Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm. Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.

Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.

Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazıram.