Əsgərlərimiz qəzaya düşdü

esgerlerimiz-qezaya-dusdu
Oxunma sayı: 663

Qafqazinfo xəbər verir ki, Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Gəncə yolunda Milli Ordunun giziri, 1982-ci il təvəllüdlü Abdullayev Nizaməddin Məzahir oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 37 BB 057 nömrə nişanlı avtomobil qəzaya uğrayıb.

N.Abdullayevin sürdüyü minik avtomobili idarəetməni itirib və yolun kənarına çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü və avtomobildə olan Milli Ordunun digər giziri, 1980-ci il təvəllüdlü Seyidov Şaiq Əliheydər oğlu ağır xəsarət alıblar. Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Ələsgərov Rəfail Mikayıl oğlu isə xəstəxanaya aparılarkən ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.