“Beşiktaş” 37 yaşlı futbolçu ilə müqavilə imzaladı

besiktas-37-yasli-futbolcu-ile-muqavile-imzaladi
Oxunma sayı: 1366

“Beşiktaş” müqaviləsi başa çatan kanadalı yarımmüdafiəçisi Atiba Hatçinsonun sözləşməsini uzadıb.

“Qafqazinfo” “TRT Spor”a istinadla xəbər verir ki, 37 yaşlı futbolçu daha bir mövsüm İstanbul təmsilçisində çıxış edəcək.
 
Atiba 2013-cü ildə PSV-dən “Beşiktaş”a keçib. O, ötən mövsüm keçirdiyi 32 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə edib.