“Beşiktaş” Azərbaycana gələcək - “Traktor Sazi” ilə qarşılaşacaq

besiktas-azerbaycana-gelecek
Oxunma sayı: 867

“Beşiktaş” Asiya layihəsini həyata keçirməyə başlayacaq. “Qafqazinfo” xəbər verir ki, İstanbulun klubunun bu yay start vermək istədiyi layihə əsasında Azərbaycana da səfər edəcək. 

İlk səfərini Çinə edəcək türk klubu forma satışı üçün bazara girmək niyyətindədir. Bundan başqa “Beşiktaş” Təbrizin “Traktor Sazi” klubu ilə də yoldaşlıq görüşü oynamağı planlaşdırır.