“Beşiktaş” Bakıya çatdı - Video+Yenilənib

besiktas-bakiya-catdi
Oxunma sayı: 3091

“Sabah”la xeyriyyə oyununda üz-üzə gələcək “Beşiktaş” Bakıya yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, “qara qartallar” Bakı vaxtı ilə saat 15:00-da çarter reysi ilə Azərbaycana yola düşüb.
 
Qeyd edək ki, “Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

***

Komandanı gətirən təyyarə az öncə Bakıya eniş edib. “Beşiktaş”ı hava limanında paytaxtımzdakı fanatları qarşılayıb.