“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” “Asteras Tripolis”lə qarşılaşıb və 1-1 hesablı heç-heçə edib. Matçın 33-cü dəqiqəsində Gökhan Töre hesabı açıb və komandasını önə keçirib. Lakin bunda sonra “qara qartal” fərqi artırmaq üçün bir neçə dəfə real şanslar əldə etsə də, heç birindən yararlana bilməyib. 88-ci dəqiqədə “Asteras”ın futbolçusu Fakunda Parra komandasının bərabərlik qolunu vurub. Beləliklə, “Beşiktaş” C qrupuna 1 xalla start verib.
İqbal
Son xəbərlər
Son Xəbərlər