“Beşiktaş” yeni mövsümdə ilk transferini reallaşdırıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsümü “Atletiko”da keçirən Qabriel Paulista ilə anlaşıb.
Braziliyalı futbolçu bu axşam İstanbulda olacaq.
Paulista tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, o, İstanbul klubunda icarə əsasında oynayacaq.