“Beşiktaş” da Bakıya gələ bilər

besiktas-da-bakiya-gele-biler
Oxunma sayı: 2280

Daha bir Türkiyə klubu Bakıya gələ bilər.

“Qafqazinfo”nun məlumatına görə, söhbət “Beşiktaş”dan gedir.

İstanbul təmsilçisi Bakının “Sabah” klubu ilə yoldaşılıq matçı keçirə bilər.

Hazırda oyunun təşkili ilə bağlı klublar arasında danışıqlar davam edir.

Məlumatı “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş də təsdiqləyib.

Qeyd edək ki, martın 26-da Bakıda “Qarabağ” - “Qalatasaray” matçı baş tutacaq.