“Beşiktaş” Eto dan imtina etdi

besiktas-eto-dan-imtina-etdi
Oxunma sayı: 813


“Qafqazinfo” xəbər verir ki, klub rəhbərliyi israrla “Çelsi”nin futbolçusu Samuel Etonu transfer etmək istəsə də, klubun baş məşqçisi Slaven Biliç buna qarşı çıxıb. Biliç Etonun çox güclü futbolçu olduğunu desə də, bu transferin riskli ola biləcəyini vurğulayıb: “Etonun karyerasına heç kəsin şübhəsi ola bilməz. Lakin Eto hər an futboldan gedə biləcək bir yaşdadır. Onu kluba gətirmək riskli ola bilər. Mən Etonu Rusiyada  “Anji”nin heyətində olanda da görmüşəm. Onda “Anji”nin baş məşqçisi Qus Hiddinq idi. Klubda söz demək hüququ Etoya aid idi. Məşqlər onun proqramına uyğun şəkildə təşkil edilirdi. Ona görə də Etonu “Beşiktaş”a gətirsək, başımız ağrıya bilər.”


İqbal