“Beşiktaş” ilk qələbəsini qazandı

besiktas-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1473

Türkiyə Super Liqasının II turuna start verilib.

"Qafqazinfo" xəbər verir ki, turun açılış matçında "Beşiktaş" doğma azarkeşləri önündə "Göztəpə"ni qəbul edib.

Qarşılaşma "qara qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Güven Yalçın, (45) Caner Erkin (54) və Adem Lyayic (59) fərqləniblər.

Bununla da İstanbul təmsilçisi mövsümdə ilk qələbəsini qazanıb.