“Beşiktaş” İstanbul derbisinin qalibi oldu

besiktas-istanbul-derbisinin-qalibi-oldu
Oxunma sayı: 1706

Futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 42-ci dəqiqədə qonaqların hücumçusu Kayl Larin açıb.

Daha sonra meydan sahiblərinin yarımmüdafiəçisi Dəniz Türüc hesaba bərabərlik gətirib. Matçın 68-ci dəqiqəsində Velinton “Beşiktaş”ı yenidən hesabda irəli çıxarıb. Lakin “Başakşəhər”in hücumçusu Demba Ba 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib.

Buna baxmayaraq, “Beşiktaş”ın yarımmüdafiəçisi Josef de Souza görüşün 85-ci dəqiqəsində komandasına qələbə qazandıran qolun müəllifi olub.

Beləliklə, “Beşiktaş” səfərdə “Başakşəhər”i 3:2 hesabı ilə məğlub edərək, İstanbul derbisindən qalib ayrılıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir.