“Beşiktaş” İtaliyadan futbolçu alır

besiktas-italiyadan-futbolcu-alir
Oxunma sayı: 2221

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi “Verona”nın müdafiəçisi Koray Günterlə maraqlanır. “Qara qartallar” türkiyəli mərkəz müdafiəçisi üçün A Seriyası klubu ilə danışıqlara başlayır.
“Verona” 2023-cü ilin yayında müqaviləsi başa çatacaq 27 yaşlı futbolçu üçün 2 milyon avro tələb edir. “Beşiktaş” isə bu məbləği aşağı salmağa çalışır.