“Beşiktaş” məğlub oldu

besiktas-meglub-oldu
Oxunma sayı: 1661

Futbol üzrə Türkiyə Super Liqasında 7-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında lider “Beşiktaş” İzmir səfərində “Altay”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda hesabı açan tərəf olsa da, sonda izmirlilər əzmkar qələbəyə seviniblər.

Türkiyə Super Liqası
7-ci tur
24 sentyabr

Altay – Beşiktaş 2:1
Qol: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.