“Beşiktaş” məşqşsiz qaldı

besiktas-mesqssiz-qaldi
Oxunma sayı: 644

Azerisport.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi ötən gecə baş məşqçi Tayfur Havutçu ilə görüş keçirib.

Görüşdə sözügedən məşqçinin fəalliyyətinə son qoyulması barədə qarşılıqlı razılıq əldə olunub. Beləcə, ötən mövsümün sonlarında bu posta gətirilən Havutçunun baş məşqçilik fəaliyyəti yenə uzun sürməyib.

Qeyd edək ki, Havutçu 2010-2011 mövsümünün son dönəmində baş məşqçi Bernd Şusterin istefa etməsinin ardından komandanın sükanı arxasına gətirilmişdi. Lakin o, 2011-2012 mövsümünün startı ərəfəsində danışılmış oyunlarla əlaqədar aparılan araşdırmalar zamanı həbs olunduğundan “Beşiktaş”da onu portuqaliyalı Karlos Karvalhal əvəzləmişdi. Havutçu 5 aylıq həbsdən sonra yenidən “Beşiktaş”a qayıdanda isə klubda fəqli vəzifəyə təyin olunmuşdu. Yalnız Karvalhal son mövsümün axırlarında istefaya göndəriləndən sonra Havutçu yenidən baş məşqçi postuna qaytarılmışdı. Lakin onun dövründə də komanda heç bir uğur qazana bilməyincə, görünür rəhbərlik bu mütəxəssislə yola davam etməməyə qərar verib.

Hələlik Havutçunun yerinə kimin gətiriləcəyi bilinmir. Türkiyə mətbuatı “Beşiktaş”ın yeni mövsümdə böyük ehtimalla əcnəbi baş məşqçiyə tapşırılacağını qeyd edir.