“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

besiktas-qalatasarayi-meglub-etdi
Oxunma sayı: 3375

Türkiyə Superliqasının 29-cu turunda İstanbul derbisi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib. 

Meydan sahibləri rəqibinə 2:1 hesabı ilə qalib gəlib. 

Hesabı 23-cü dəqiqədə Rafa Silva açıb. 45-ci dəqiqədə Lukas Torreira hesabda tarazlıq yaratsa da, 66-cı dəqiqədə Gedson Fernandeş “Beşiktaş”a qələbə qazandırıb.