“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi - Video

besiktas-qalatasarayi-meglub-etdi
Oxunma sayı: 1690

Türkiyə Superliqasında 10-cu tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında İstanbul derbisi olub.

“Beşiktaş” doğma meydanda “Qalatasaray”la qarşılaşıb. Oyun “qara qartallar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 20-yə yüksəldən “Beşiktaş” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Qalatasaray” isə 17 xalla 8-cidir. Siyahıya 24 xalla “Trabzonspor” başçılıq edir.