“Beşiktaş” qola doydu

besiktas-qola-doydu
Oxunma sayı: 1179


 “Qafqazinfo” xəbər verir ki, Türkiyə Futbol Federasiyası tərəfindən yenidən keçirlməsi qərar alınan “Kasımpaşa” “Beşiktaş” matçında “qara qartal”lar rəqib qapısından 3 cavabsız qol keçiriblər. Huqo Almeyda hesabı açan futbolçu olub. Daha sonra Franko və Veli Kavlak da hərəyə bir dəfə fərqləniblər. Bu qalibiyyət nəticəsində xallarının sayıını 39-a yüksəldən “Beşiktaş” lider “Fənər”lə arasındakı xal fərqini 5-ə endirib.

Qeyd edək ki, Super Liqanın I dövrəsində bu komandalar qarşılaşmış və "Kasımpaşa" 2-1 hesablı qələbə əldə etmişdi. Lakin Türkiyə Futbol Federasiyası həmin matçda ciddi hakim səhvlərinin olduğu qənaətinə gələrək görüşün yenidən keçirlməyinə qərar verib.

 

İqbal