“Beşiktaş” sabiq futbolçusunu qaytardı

besiktas-sabiq-futbolcusunu-qaytardi
Oxunma sayı: 994

“Beşiktaş” sabiq futbolçusu Gökhan Töreni yenidən heyətinə cəlb edib.

"Qafqazinfo" xəbər verir ki, məhz İstanbul klubuna qayıtmaq üçün bir müddət öncə “Yeni Malatyaspor”la müqaviləsinə xitam verən 28 futbolçunun transferi bu gün rəsmən açıqlanıb.

Töre “qara qartallar”la 1+1 illik müqaviləyə imza atıb. Gökhan köhnə-yeni komandasında “70” nömrəli formanı geyinəcək.

Türkiyə millisinin də formasını geyinən Gökhan Töre 2013-2019-cu illər aralığında da “Beşiktaş”ın uğurları üçün çalışıb. O, ötən mövsümün əvvəlində İstanbul klubundan ayrılaraq “Yeni Malatyaspor”la müqavilə imzalamışdı. Bu komandada 28 oyuna çıxan futbolçu 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.