Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda keçirilən final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.
Oyun “Beşiktaş”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 13-cü dəqiqədə “Trabzonspor”un heyətində Poul Onuaçu açıb. Daha sonra Raşid Qezzal hesabı bərabərləşdirib.
54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb.
Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, əsas vaxta əlavə olunan dəqiqədə “Beşiktaş” heyətində adını tabloya yazdıran Əl Müsrati komandasını qalib edib.
Qeyd edək ki, bu, “qara qartallar”ın 11-ci belə uğurdur.
Son xəbərlər
Son Xəbərlər