“Beşiktaş” Türkiyə Superkubokunun qalibi oldu

besiktas-turkiye-superkubokunun-qalibi-oldu
Oxunma sayı: 1634

Futbol üzrə Türkiyə superkubokunun qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, superkubok uğrunda “Beşiktaş” və “Antalyaspor” komandaları mübarizə aparıb.

Super Liqanın və ölkə kubokunun sonuncu qalibi olan İstanbul təmsilçisi, bu görüşdə də üstün olub. Qətərin paytaxtı Dohada keçirilən qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib.

Buna görə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Beşiktaş” superkubokun qalibi olub.

“Beşiktaş” tarixində 9-cu dəfə superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar. Türkiyə superkubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Qalatasaray”dır – 16 dəfə.