“Beşiktaş”da 8 nəfər koronavirusa yoluxdu

besiktasda-8-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 981

“Beşiktaş” klubunda 8 nəfərin koronavirus testi müsbət nəticə verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub saytı məlumat verib.

Bildirilir ki, mayın 13-də futbolçular, məşqçilər heyəti və texniki işçilərdən koronavirus üçün analiz götürülüb.

Testin nəticəsinə görə, 8 nəfərin xəstəliyə yoluxduğu bəlli olub. Onların adları açıqlanmayıb.

Açıqlamada həmin şəxslərin müalicəsinə başlanıldığı qeyd edilib.