Türkiyənin “Beşiktaş” klubu Arda Turanla bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, “qara-qartallar”ın yaydığı açıqlamada təcrübəli yarımmüdafiəçinin transferinin gündəmdə olmadığı, yayılan xəbərlərin yalan olduğu bildirilib.
Qeyd edək ki, Arda Turan son olaraq çıxış etdiyi “Başakşehir”dən ayrılıb. Onun sabiq klubu “Qalatasaray”a transfer olunacağı bildirilir.
Son xəbərlər
Son Xəbərlər