“Beşiktaş”dan darmadağın

besiktasdan-darmadagin
Oxunma sayı: 2667

Türkiyə Super Liqasında 20-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

“Beşiktaş” evdə “Alanyaspor”u qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Hesabı 20-ci dəqiqədə Cenk Tosun penaltidən fərqlənərək açıb. O, 50-ci dəqiqədə komandasının və özünün 2-ci qolunu vurub. Görüşdə son nöqtəni Dele Alli 58-ci dəqiqədə qoyub.

Qeyd edək ki, “Beşiktaş” hazırda turnir cədvəlində 38 xalla 3-cü, “Alanyaspor” isə 25 xalla 9-cudur.