Türkiyə Super Liqasında 28-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, nəticəsi maraqla gözlənilən oyunlardan birində “Beşiktaş” “Başakşəhəri” qəbul edib.
3-cü pillədəki “Beşiktaş” lideri 2:1 hesabı ilə məğlub edərək rəqibinə çempionluq yolunda ağır zərbə vurub.
“Ağ-qaralar” isə xalını 53-ə çatdıraraq “Başakşəhər”lə xal fərqini 8-ə endirib və çempionluq şansını davam etdirib.
Qeyd edək ki, sabah ikinci pillədəki “Qalatasaray” əzəli rəqibi “Fənərbağça” ilə səfərdə qarşılaşacaq. “Cimbom” “Başakşəhər”in xal itirdiyi turda qələbə qazanaraq xal fərqini 3-ə endirməyə çalışacaq.
“Beşiktaş” - “Başakşəhər” - 2:1
Qollar: 35 - Robinyo (0:1), 42 - Hatçinson (1:1), 52 - Burak Yılmaz (2:1)
Son xəbərlər
Son Xəbərlər