“Qafqazinfo” xəbər verir ki,“qara qartal” “Şalke”nin təcrübəli yarımmüdafiəçisi Jeremi Consu heyətinə qatıb. İstanbul klubu Consla 2 il yarım müddətinə müqavilə bağlayıb. Almaniyada anadan olan amerika əsilli futbolçu bu mövsüm “Bundesliqa”da “Şalke” forması ilə çıxdığı 14 oyunda 1 qol vurub. Cons keçən il “Çempionlar Liqa”sı play-off turunda “Qalatasaray”la keçirilən matçda da qol vura bilib.
İqbal
Son xəbərlər
Son Xəbərlər