“Beşiktaş”dan təbrik

besiktasdan-tebrik
Oxunma sayı: 1426

Türkiyənin “Beşiktaş” futbol klubu “AÇ-2016”nın qalibi olan Portuqaliyanı və ulduz futbolçu Quaresmanı təbrik edib.

Qafqazinfo” xəbər verir ki, klub təbrik mesajını rəsmi internet saytında yayımlayıb.

Təbrikdə “Fransada keçirilən Avropa Çempionatında uğurla mübarizə aparan futbolçumuz Rikardo Quaresma bütün bacarığını ortaya qoyaraq Portuqaliyanın qalib gəlməsində önəmli rol alıb. Finalda Fransanı məğlub edərək çempion olan Portuqaliyanı və futbolçumuz Rikardo Quaresmanı təbrik edirik. Hörmətlər.”- sözləri yer alıb.

Qeyd edək ki, Portuqaliya millisində oynayan Rikardo Quaresma “Beşiktaş” klubunun oyunçusudur.

Aysel Kərimova